Beynəlxalq axtarışda olan şəxs ölkəmizə gətirilib
Bakı, 13 fevral, AZƏRTAC
“Ekstradisiya haqqında” 1957-ci il 13 dekabr tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Ceyhun Dadaxan oğlu Mərdəliyevin ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Bolqarıstan Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onun külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul olunmaqla istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarış elan edilib.
Fevralın 7-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Ceyhun Mərdəliyev Bolqarıstandan ölkəmizə gətirilib.
Nəsimi rayonunda soyğunçuluq edən şəxs saxlanılıb
Hikmət Babaoğlu: Novruz bayramı milli dəyərlərimizin təntənəsidir VİDEO
Şimali Kipr Türk Respublikasının XİN rəhbəri: Lefkoşa Türk dünyasının birliyinə inanır