Ölkəmizin sosial xidmət sahəsinin nümayəndələri Türkiyə təcrübəsini öyrəniblər
Bakı, 13 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları Türkiyədə təcrübə səfərində olublar.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfərin məqsədi qardaş ölkənin Sosial və İqtisadi Dəstək Xidmətinə (SED) dair təcrübəsinin öyrənilməsindən ibarət olub.
Nümayəndələr Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Uşaq Xidmətləri üzrə baş direktoru Ayşegül Yıldırım Kara ilə görüşərək fikir mübadiləsi aparıblar.
Xidmətin yerində öyrənilməsi məqsədilə Sosial Xidmət Mərkəzlərinə, habelə sosial və iqtisadi dəstək xidməti ilə təmin edilən 4 ailəyə baş çəkilib. Ölkəmizdən olan nümayəndələrə sosial və iqtisadi dəstək xidməti ilə bağlı təqdimat edilib və fikir mübadiləsi aparılıb. Həmçinin Xidmətdə tətbiq edilən elektron sistemin iş mexanizmi barədə məlumat verilib.
Səfər zamanı Eskişehirdə yerləşən Uşaq evləri şəhərciyi və Uşaq evi ziyarət edilib, Türkiyənin bu sahədəki təcrübəsi öyrənilib.
Nümayəndə heyətinə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Məktəb dəstək” layihəsi ilə bağlı məlumat verilib, layihənin əhəmiyyətindən danışılıb.
İki ölkənin nümayəndələrinin görüşündə, həmçinin ailə və uşaqlara göstərilən qayğıyönümlü xidmətlər, keyslər üzrə mövcud vəziyyət və problemlər müzakirə edilib.
Bu gün Beynəlxalq Meşələr Günüdür
Martın 22-nə gözlənilən hava şəraiti açıqlanıb
Paytaxtda avtomobil və motosiklet qaçıran şəxslər saxlanılıblar
Polis ötən gün 4 avtomat, 3 qumbara və 2 tüfəng aşkar edərək götürüb