Yasamal Sosial Xidmət Mərkəzində “Açıq qapı” keçiriləcək
Bakı, 13 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Yasamal Sosial Xidmət Mərkəzində vətəndaşlar üçün “Açıq qapı” günü keçiriləcək.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Açıq qapı” günü fevralın 19-da təşkil ediləcək.
Tədbirin məqsədi mərkəzdə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə və onların valideynlərinə göstərilən sosial xidmətlər barədə məlumatlığı artırmaq, vətəndaşlar üçün bu xidmətlərlə yerində tanış olmaq imkanı yaratmaqdan ibarətdir.
“Açıq qapı” günündə iştirak etmək istəyənlər Agentliyin (012) 525-41-30 (daxili 5625) telefon nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına məktub göndərə, sosial şəbəkə hesablarına müraciət edə, yaxud Bakı filialına yaxınlaşa bilərlər.
Ukraynanın Poltava şəhərində Novruz bayramı qeyd edilib
Xırdalanda restoranda baş vermiş yanğın söndürülüb
Bəzi marşrutların hərəkətində tam məhdudiyyət tətbiq olunacaq
Türkiyənin ailə və sosial xidmətlər naziri Qarabağ müharibəsi şəhidlərinin övladları ilə görüşüb
Son iki ayda sosial sahə üzrə 113 min elektron arayış verilib