Biləsuvarda 5 kiloqram narkotik vasitə və silah-sursat aşkarlanıb
Biləsuvar, 13 fevral, AZƏRTAC
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı ardıcıl əməliyyat tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həyata keçirilən tədbirlərlə Əli Tağıyev, Maqsud Əliyev, Mərahim Alcanov saxlanılıb. Onlardan ümumilikdə 5 kiloqram tiryək, meramfetamin və marixuana aşkarlanıb.
Şöbə əməkdaşlarının qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində keçirdikləri tədbirlərlə isə Dövlət Xəlilov saxlanılıb. Ondan 1 ədəd AKS-74U markalı avtomat, 19 ədəd patron və marixuana aşkar edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu il NDU-da İnnovasiyalar Mərkəzinin istifadəyə verilməsi gözlənilir
Dövlət Proqramının icrası ilə əlaqədar NDU-da görülən tədbirlər açıqlanıb
Naxçıvan Dövlət Universiteti beynəlxalq reytinqlərdə konkret nəticələr əldə edib