×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

“Vətən uğrunda” medalı ilə

Babayev Azər Ələddin oğlu – polkovnik
Qasımov Elnur Əhməd oğlu – polkovnik

“Hərbi xidmətlərə görə” medalı ilə

Qayqiyev Şamil Mahama oğlu – mayor.

 

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 13 fevral 2025-ci il

Sərəncamlar 2025-02-13 15:30:00