“Liverpul” Mersisayd derbisində qələbəni əldən verib
Bakı, 13 fevral, AZƏRTAC
İngiltərə Premyer Liqasında XV turdan təxirə salınmış oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionatın lideri "Liverpul" "Everton"un qonağı olub. Mersisayd derbisi qollu heç-heçə ilə başa çatıb - 2:2.
Meydan sahiblərinin heyətində 11-ci dəqiqədə Betu, 90+8-ci dəqiqədə Ceyms Tarkovski fərqləniblər. Qonaqların qollarını isə Aleksis Mak Allister (16) və Məhəmməd Salah (73) vurublar.
Bu nəticədən sonra xallarını 57-yə çatdıran "Liverpul" zirvədəki yerini möhkəmlədib. "Everton" isə 27 xalla 15-ci pillədə qərarlaşıb.
Argentina millisində növbəti itki yaşanıb
Niderland millisinin aparıcı üzvü sıradan çıxıb
Millətlər Liqası: Türkiyə Macarıstanı, Xorvatiya Fransanı qəbul edəcək
Monteneqro millisinin sabiq hücumçusu 43 yaşında dünyasını dəyişib
Gürcüstanda yaşayan soydaşımız Tbilisi çempionatında gümüş medal qazanıb