Azərbaycanda keçiriləcək III MDB Oyunlarının vaxtı dəqiqləşib
Bakı, 12 fevral, AZƏRTAC
Azərbaycanda keçiriləcək III MDB Oyunlarının vaxtı dəqiqləşib.
AZƏRTAC xəbər verir ki, bu barədə yarışın Təşkilat Komitəsinin ilk iclasında məlumat verilib. İclasda qeyd olunub ki, MDB Oyunları 23 idman növü üzrə təşkil edilməklə, “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncədə və ölkəmizin digər 6 şəhərində sentyabrın 28-dən oktyabrın 8-dək müddətdə keçiriləcək. Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar təşkil ediləcək.
İlk dəfə bütün ölkəni əhatə edəcək “Azərbaycan Şahmat Turu” layihəsi keçiriləcək
Argentina millisində növbəti itki yaşanıb
Niderland millisinin aparıcı üzvü sıradan çıxıb
Millətlər Liqası: Türkiyə Macarıstanı, Xorvatiya Fransanı qəbul edəcək