Azərbaycan Dohada 13-cü Beynəlxalq Musiqi və Rəqs Konqresində təmsil olunub
Qahirə, 12 fevral, AZƏRTAC
Fevralın 11-də Dohada yerləşən Katara Ud Mərkəzində 13-cü Beynəlxalq Musiqi və Rəqs Konqresi keçirilib. Azərbaycan, Türkiyə, Qırğızıstan və Özbəkistan universitetlərinin tərəfdaşlığı ilə keçirilmiş Konqresdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası və Azərbaycan Milli Konservatoriyasının bir qrup musiqi xadimləri də iştirak ediblər.
AZƏRTAC ölkəmizin Qətər Dövlətindəki səfirliyinə istinadla xəbər verir ki, tədbirin bədii hissəsində Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konsert proqramı təqdim olunub. Konsertdə sənətçilərimiz fortepiano, həmçinin fleytada "Ay Laçın", "Sarı gəlin" və digər Azərbaycan xalq mahnılarını ifa ediblər.
Azərbaycanın Qətər Dövlətindəki səfiri Adış Məmmədov beynəlxalq konqresin əhəmiyyətindən danışıb. O, bu kimi tədbirlərin türk dünyasının birliyinin, həmçinin türk xalqlarının ortaq mədəniyyətinin formalaşmasında müstəsna rolunu qeyd edib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Nəriman Nərimanovun xatirə muzeyində “Bitməmiş məktub və nakam ömür” adlı tədbir keçirilib
Şotlandiyada Novruz bayramı qeyd olunub
Tarixçi alim: Nəriman Nərimanovun nakam arzuları - “Bitməmiş məktub”un sirrində öz əksini tapıb
“Bir sual, bir cavab”: Novruz xatirələri - Firəngiz Mütəllimova VİDEO
“Bir sual, bir cavab”: Novruz xatirələri - Hikmət Babaoğlu VİDEO