“Boeing” yanvarda 45 təyyarə istehsal edib
Bakı, 12 fevral, AZƏRTAC
“Boeing” şirkəti yanvarda müştərilərə 45 təyyarə təhvil verib.
AZƏRTAC xəbər verir ki, bu, 2019-cu ildən indiyədək ən çox məhsulun təhvil verildiyi yanvar ayıdır. Ötən ay həm də “Boeing” şirkətində uzunmüddətli etiraz aksiyalarından sonra istehsal prosesinin tam bərpası ilə yadda qalıb. Təyyarələri təhvil alanlar arasında ABŞ və Çin şirkətləri üstünlük təşkil edir.
“Boeing” eyni zamanda hesabat dövründə 36 yeni sifariş qəbul edib. Sifarişlərin ləğvi qeydə alınmayıb. Lakin Hindistanda tələbat az olduğu üçün yerli istehsal xəttinin qurulması planı ləğv edilib.
Okean dibində güclü qasırğa izi aşkarlanıb
ABŞ Milli Arxivi Kennedinin qətli ilə bağlı sənədləri açıqlayıb
Britaniya hökuməti qənaət tədbirləri çərçivəsində dövlət kredit kartlarını dondurur
Zelenski: Rusiya Sumı, Xarkov və Zaporojye vilayətlərində yeni hücumlara hazırlaşır