Fransisk: Miqrantların deportasiyası insan ləyaqətinə xələl gətirir
Vatikan, 12 fevral, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ABŞ Katolik Yepiskoplarının Konfransına məktub ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, pontifik Birləşmiş Ştatlarda qeyri-qanuni mühacirlərin və qaçqınların kütləvi deportasiyası proqramından narahatlığını ifadə edib.
Papa Fransisk nizamlı və qanuni miqrasiyanı tənzimləyən siyasəti təşviq etməyə, insanlara qarşı ayrı-seçkiliyə və pis davranışlara yol verməməyə çağırıb.
“Bir çox hallarda ifrat yoxsulluq, istismar, təqib və ya ətraf mühitin ciddi şəkildə pisləşməsi səbəbindən öz vətənlərini tərk etmiş insanların deportasiyası insanların, bütövlükdə ailələrin ləyaqətinə zərbə vurur və onları xüsusi həssas vəziyyətə salır. Qanunun aliliyi bütün insanların, xüsusən də ən kasıb və marjinal olanların layiq olduğu ləyaqətli rəftarda özünü göstərir”, - deyə Roma Papası qeyd edib.
Almaniyada Əyalət Nümayəndələri Şurası 500 milyard avroluq maliyyə paketini təsdiqləyib
Astronomlar ən uzaq qalaktikada oksigen aşkarlayıblar
Dünyanın ən qədim insan üzünün fraqmenti tapılıb
Britaniya hərbi bazasına hücum planlaşdıran şəxs 37 il müddətinə həbs edilib