UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçları keçirilib
Bakı, 12 fevral, AZƏRTAC
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin matçlarına start verilib.
AZƏRTAC xəbər verir ki, günün ilk matçı Fransada "Brest" və PSJ komandaları arasında olub. Qarşılaşma Paris klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Gecənin ən prinsipial oyunu İngiltərədə reallaşıb. "Mançester Siti" turnirin son qalibi olan İspaniya "Real Madrid"ini qəbul edib. Oyun 2:3 hesabı ilə yekunlaşıb.
Digər görüşlərdə Niderlandın PSV klubu İtaliyada "Yuventus"un (2:1), Almaniyanın "Borussiya Dortmund" komandası isə Portuqaliyada "Sportinq"in (3:0) qonağı olub.
Bu raundun digər 4 oyunu fevralın 12-də keçiriləcək. Cavab görüşləri isə fevralın 18-19-da olacaq.
NBA: “Finiks Sanz” qalib gəlib, "Denver Naqqets" məğlub olub
Trend Aleksandr-Arnold "Liverpul"un yeni müqavilə təklifindən imtina edib
Azərbaycanın U-21 millisi bu gün Moldova ilə qarşılaşacaq
Dünya çempionatının seçmə mərhələsində Avropa zonası üzrə ilk oyunlar keçirilib
Azərbaycan millisi bu gün Haiti ilə yoldaşlıq oyunu keçirəcək