Misli Premyer Liqası: "Qarabağ" "Səbail"i darmadağın edib
Bakı, 11 fevral, AZƏRTAC
Misli Premyer Liqasında XXII tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, son oyunda "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Səbail"i 5:0 hesabı ilə məğlub edib.
Bu nəticədən sonra xallarını 53-ə çatdıran "Qarabağ" birinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" "Sumqayıt"ı (1:0), "Sabah" "Turan Tovuz"u (2:1), "Neftçi" isə "Zirə"ni (2:1) üstələyib. "Araz-Naxçıvan" - "Kəpəz" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb.
NBA: “Finiks Sanz” qalib gəlib, "Denver Naqqets" məğlub olub
Trend Aleksandr-Arnold "Liverpul"un yeni müqavilə təklifindən imtina edib
Azərbaycanın U-21 millisi bu gün Moldova ilə qarşılaşacaq
Dünya çempionatının seçmə mərhələsində Avropa zonası üzrə ilk oyunlar keçirilib
Azərbaycan millisi bu gün Haiti ilə yoldaşlıq oyunu keçirəcək