Azərbaycan Filippində beynəlxalq mədəniyyət festivalında təmsil olunub
Bakı, 11 fevral, AZƏRTAC
Filippində fəaliyyət göstərən Manila Beynəlxalq Məktəbində mədəniyyət festivalı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq festivalda 30-dan çox ölkənin mədəniyyəti, adət-ənənələri və milli təamları nümayiş olunub.
Filippindəki Azərbaycan diasporu tədbirə 23 nəfərlik heyətlə qatılıb. Qonaqlara milli mətbəximizin yarpaq dolması, kələm dolması, ləvəngi, kükü, Qarabağ kətəsi, dovğa və digər təamları təqdim edilib. Yarpaq dolması və dovğa xüsusi rəğbətlə qarşılanıb.
Ölkəmizə məxsus stenddə Azərbaycan xalçası və milli ornamentli suvenirlər də sərgilənib, ziyarətçilərə Vətənimiz haqqında ətraflı məlumat verilib.
Nəriman Nərimanovun xatirə muzeyində “Bitməmiş məktub və nakam ömür” adlı tədbir keçirilib
Şotlandiyada Novruz bayramı qeyd olunub
Tarixçi alim: Nəriman Nərimanovun nakam arzuları - “Bitməmiş məktub”un sirrində öz əksini tapıb
“Bir sual, bir cavab”: Novruz xatirələri - Firəngiz Mütəllimova VİDEO
“Bir sual, bir cavab”: Novruz xatirələri - Hikmət Babaoğlu VİDEO