“Yeni kitablarla tanış olaq” adlı icmal keçirilib
Bakı, 11 fevral, AZƏRTAC
Respublika Uşaq Kitabxanasında yazıçı, psixoloq, filosof-şərqşünas Rövşən Abdullaoğlunun “Qorxular”, “Hər bir insan hökmdardır” adlı kitablarının və yazıçı, publisist, şair Vaqif Bəhmənlinin “Hamı” adlı şeirlər toplusunun icmalı keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, icmal zamanı müəlliflərin yaradıcılığı, kitabların məzmunu barədə məlumat verilib. Vaqif Bəhmənlinin “Hamı” şeirlər toplusu kitabından “Xeyir” və “Vaxt” adlı şeirlər səsləndirilib.
Tədbirin keçirilməsində məqsəd kitabın əsas ideyalarını, qəhrəmanlarını, mövzusunu və müəllifin məqsədini izah etməklə, insanlar arasında müzakirələr və düşüncələr yaratmaqdır.
Şotlandiyada Novruz bayramı qeyd olunub
Tarixçi alim: Nəriman Nərimanovun nakam arzuları - “Bitməmiş məktub”un sirrində öz əksini tapıb
“Bir sual, bir cavab”: Novruz xatirələri - Firəngiz Mütəllimova VİDEO
“Bir sual, bir cavab”: Novruz xatirələri - Hikmət Babaoğlu VİDEO
"Şəhid övladlarının incəsənət akademiyası” layihəsinə yekun vurulub