Əziz Mirəhmədova həsr olunan biblioqrafik icmal və virtual kitab sərgisi hazırlanıb
Bakı, 11 fevral, AZƏRTAC
Bu gün ədəbiyyatşünas, tənqidçi, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Mirəhmədovun 105 illiyi tamam olur. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında professorun yubileyi münasibətilə "Əziz Mirəhmədov 105" adlı biblioqrafik icmal və virtual kitab sərgisi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual kitab sərgisində Əziz Mirəhmədovun Azərbaycan ədəbiyyatı tarixinin, xüsusən də onun yeni dövrünün tədqiq edilməsi sahəsindəki böyük xidmətləri, M.F.Axundzadə, M.Hadi, M.Ə.Sabir, C.Məmmədquluzadə, A.Şaiq kimi böyük sənətkarlar, eləcə də “Molla Nəsrəddin” jurnalı haqqında qiymətli monoqrafiyaların müəllifi olması haqqında məlumatlar təqdim edilir.
Biblioqrafik icmal və virtual sərgidə Əziz Mirəhmədovun müəllifi olduğu “Əhməd bəy Ağaoğlu”, “Azərbaycan jurnalistləri və naşirləri”, “Azərbaycan ədəbiyyatına dair tədqiqlər”, “Azərbaycan Molla Nəsrəddini”, “Ədəbiyyatşünaslıq terminləri lüğəti” kimi 20-yə yaxın kitabın biblioqrafik təsviri, qısa annotasiyası və onun haqqında qələmə alınan məqalələrin siyahısı da nümayiş olunur.
Virtual kitab sərgisi ilə buradan tanış olmaq olar: https://ryl.az/multimedia/eziz-mirehmedov-105.
Strasburqda Novruz bayramı muğam konserti ilə qeyd olunub
Akademik Fəraməz Maqsudovun 95 illiyi münasibətilə hazırlanmış vəsait istifadəçilərə təqdim olunub
Tbilisinin mərkəzində Novruz şənliyi təşkil olunub
“Cultural Dinner” tədbirində Azərbaycan mətbəxi və mədəniyyəti təşviq olunub