Lənkəranda avtomobil kanala aşıb
Lənkəran, 11 fevral, İlkin Adıyev, AZƏRTAC
Lənkəranda hərəkətsiz dayanan avtomobil, anidən sürüşərək kanala aşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə xəstəxana yolunda baş verib. Belə ki, sürücü yanacağı bitən "KİA" markalı avtomobili kanal ətrafında saxlayıb. Sürücü avtomobilin baqaj hissəsindən yanacaq götürmək istəyərkən, anidən avtomobil sürüşərək kanala aşıb.
Görülən tədbirlər nəticəsində avtomobil kanaldan çıxarılıb.
Qeyd edək ki, avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşğuldur. Nəqliyyat vasitəsində sərnişin olmayıb.
Sabah Şərur rayonunun bir sıra kəndlərinə qaz təchizatı dayandırılacaq
İmişlidə 82 yaşlı qadın kanalda boğularaq ölüb VİDEO
Naxçıvanda dönərxanada kütləvi qida zəhərlənməsi baş verib
İki kiloqram quzu əti qiymətinə satılan quzuqarnı - Şabrandan REPORTAJ VİDEO
Mingəçevir teatrı Novruz bayramında uşaqları yeni səhnə əsəri ilə sevindirib