Lənkəranda ferma yanıb
Lənkəran, 11 fevral, İlkin Adıyev, AZƏRTAC
Lənkəranda fermanın tavan hissəsi yanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə səhər saatlarında rayon ərazisində baş verib. Qərənfil Əzizağa qızı Əkbərova məxsus, ümumi sahəsi 200 kvadratmetr olan fermanın tavan hissəsi yanıb.
Dərhal əraziyə FHN-in Cənub Regional Mərkəzinin Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində qısa müddətdə yanğın söndürülüb və digər tikililərə keçməsinin qarşısı alınıb.
Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.
Sabah Şərur rayonunun bir sıra kəndlərinə qaz təchizatı dayandırılacaq
İmişlidə 82 yaşlı qadın kanalda boğularaq ölüb VİDEO
Naxçıvanda dönərxanada kütləvi qida zəhərlənməsi baş verib
İki kiloqram quzu əti qiymətinə satılan quzuqarnı - Şabrandan REPORTAJ VİDEO
Mingəçevir teatrı Novruz bayramında uşaqları yeni səhnə əsəri ilə sevindirib