“Peşəkar teatr dərsləri” layihəsinin növbəti təlimləri Qazaxda keçirilib
Bakı, 11 fevral, AZƏRTAC
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə Qazax Dövlət Dram Teatrında regionlarda “Peşəkar teatr dərsləri” layihəsinin növbəti təlimləri keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, rejissor Ceyhun Dadaşov və teatrşünas Dağlar Yusifin keçdiyi ustad dərsləri, iştirakçılar ilə təcrübə mübadiləsi, ixtisasartırma və aktyorluq potensialının inkişaf etdirilməsi üçün geniş imkanlar yaradıb.
MEMİM-in direktoru vəzifəsini icra edən Vüqar Hümbətov layihənin əhəmiyyətindən danışıb, Mərkəzin teatr istiqaməti üzrə bir neçə layihəsinin olduğunu bildirib. O, regionlarda bu kimi layihələrin vacibliyini xüsusilə qeyd edib.
Regionlarda fəaliyyət göstərən teatrların rejissor və aktyorları üçün təşkil olunan peşəkar teatr dərslərində aktyorların tamaşaçı ilə ünsiyyəti, rejissorla işləmək bacarığı, səhnə sərbəstliyi və texnikası, pyesin mənimsənilmə prosesi, səhnə ritmika və plastikası, nitq mədəniyyəti kimi keyfiyyətlər təkmilləşdirilib.
Layihənin əsas məqsədi region teatrlarında sənətin peşəkar əsaslarının tədrisi, yaradıcı, nəzəri-praktiki təcrübə mübadiləsi ilə peşəkarlıq səviyyəsinin artırılması və fəal yaradıcı mühitin formalaşdırılmasıdır.
Müxtəlif regionlarda da bu kimi tədbirlərin təşkili nəzərdə tutulub.
Tarixçi alim: Nəriman Nərimanovun nakam arzuları - “Bitməmiş məktub”un sirrində öz əksini tapıb
“Bir sual, bir cavab”: Novruz xatirələri - Firəngiz Mütəllimova VİDEO
“Bir sual, bir cavab”: Novruz xatirələri - Hikmət Babaoğlu VİDEO
"Şəhid övladlarının incəsənət akademiyası” layihəsinə yekun vurulub
Azərbaycan xalqının mifologiyasında yaradılış mifi torpaqla tamamlanır