Azərbaycan və Türkiyə XİN rəsmiləri siyasi məsləhətləşmələr aparıblar
Ankara, 10 fevral, AZƏRTAC
Ankarada Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) regional təhlükəsizlik departamentinin direktoru Azər Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Türkiyə XİN-in Şərqi Avropa və Cənubi Qafqaz üzrə idarəsinin rəhbəri Mehmem Samsar arasında siyasi məsləhətləşmələr keçirilib.
Azərbaycanın Ankaradakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, ikitərəfli siyasi əlaqələrin vəziyyəti və perspektivləri, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb.
Məsləhətləşmələrdə Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov da iştirak edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
D-8: Azərbaycanın D-8-ə üzv kimi qoşulması təşkilat üçün mühüm hadisədir
Baş prokuror Vyetnamda işgüzar səfərdədir VİDEO
“Tercüman” qəzeti: İğdır-Naxçıvan qaz kəməri regional proseslərə uzunmüddətli təsir amilidir
Rusiya Federasiya Şurasının telekanalı Matviyenkonun Bakıya səfəri ilə bağlı süjet hazırlayıb
Azərbaycan Prezidenti: Pakistanla strateji tərəfdaşlığın hazırkı səviyyəsi böyük məmnunluq doğurur