Qvatemalada avtobus dərəyə aşıb, 51 nəfər ölüb
Bakı, 10 fevral, AZƏRTAC
Qvatemalada avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Emisoras Unidas” radiostansiyası məlumat yayıb.
Məlumata görə, ölənlərdən 36-sı kişi, 15-i isə qadındır.
Ölənlərin sayının artacağı gözlənilir. Hadisə yerində xilasetmə qrupları işləyir.
Bildirilib ki, qəzaya avtobusun əyləc sisteminin nasazlığı səbəb olduğu ehtimal edilir.
Almaniyada Əyalət Nümayəndələri Şurası 500 milyard avroluq maliyyə paketini təsdiqləyib
Astronomlar ən uzaq qalaktikada oksigen aşkarlayıblar
Dünyanın ən qədim insan üzünün fraqmenti tapılıb
Britaniya hərbi bazasına hücum planlaşdıran şəxs 37 il müddətinə həbs edilib