Nizami rayonunda sürücünü hədələyərək pulunu ələ keçirən şəxslər saxlanılıb
Bakı, 10 fevral, AZƏRTAC
Fevralın 7-si gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində 30 yaşlı bir kişiyə qarşı quldurluq cinayəti törədilib.
Daxili İşlər Nazirliyindən (DİN) AZƏRTAC-a bildirilib ki, zərərçəkən polisə müraciətində idarə etdiyi “Jeep” markalı avtomobildə əyləşən şəxslərin onu kəsici-deşici alətlə hədələyərək 235 manat pulunu və mobil telefonunu ələ keçirdiyini deyib.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərin gedişi çərçivəsində hadisə baş verən ərazidə təhlükəsizlik kameralarının görüntüləri təhlil edilib. Nəticədə quldurluq əməlini törətməkdə şübhəli bilinən 21 yaşlı Emil Abbaszadə, 24 yaşlı Rauf Salmanzadə, 24 yaşlı Tural Eyvazov və 23 yaşlı Mirsaleh Həsənov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
ADY-də çirkli suların təkrar istifadəyə verilməsi necə həyata keçirilir?
Baş Dövlət Yol Polisi İdarəsi: İki gün ərzində 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb
Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq-PROQNOZ
Londonda yaşayan azərbaycanlı cərrah: Yaxşı həkim olmaq üçün bilik kifayət deyil - MÜSAHİBƏ