Yasamalda ət satışı mağazasının fəaliyyəti dayandırılıb
Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 125 ünvanında yerləşən ət satışı mağazasında həyata keçirilən nəzarət tədbiri zamanı satışa çıxarılan iribuynuzlu heyvan ətlərindən nümunələr götürülərək müayinələrin aparılması üçün müvafiq laboratoriyaya təqdim edilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sınaq nəticələrinə əsasən, götürülən həmin nümunələrdə camış və at DNT-ləri aşkarlanıb.
Faktla bağlı fiziki şəxs Bayramov Vüqar Vəliqulu oğlu barəsində inzibati protokol tərtib edilib və mağazanın fəaliyyəti dayandırılıb.
DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd edən şəxslər saxlanılıb
Londondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
Qazaxıstana məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
Sabunçuda narkotiklərlə bağlı əməliyyat: 528 qram heroin və digər maddələr ələ keçirilib