Hərbi pilotlarımız təlim-məşq uçuşları keçiriblər
Bakı, 10 fevral, AZƏRTAC
Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bölmələri təlim-məşq uçuşlarını icra ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra hərbi pilotlar Su-25 və Su-25 ML hücum təyyarələrinə nəzarət baxışı keçiriblər.
Təhlükəsizlik qaydaları ilə tanış olduqdan sonra plana əsasən, havaya qalxma və yerə enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər təlim tapşırıqları icra olunub.
Təlim-məşq uçuşları zamanı qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.
Bu gün Beynəlxalq Meşələr Günüdür
Martın 22-nə gözlənilən hava şəraiti açıqlanıb
Paytaxtda avtomobil və motosiklet qaçıran şəxslər saxlanılıblar
Polis ötən gün 4 avtomat, 3 qumbara və 2 tüfəng aşkar edərək götürüb