İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi təsdiqlənib – FƏRMAN
Bakı, 10 fevral, AZƏRTAC
İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin xərcləri 2 milyard 941 milyon 690 min manat məbləğində təsdiq edilib.
Həmin xərclərin maliyyələşmə mənbələri icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri 2 milyard 571 milyon 690 min manat, icbari tibbi sığorta fondunun büdcəsinin əvvəlki illərdə istifadə olunmamış vəsaitlərindən (qalığından) 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 370 milyon manatdır.
Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Xankəndiyə həsr edilmiş broşür üç dildə nəşr edilib
İraqlı deputat: İraq türkmanları ilə Azərbaycan arasında tarixən ortaq dəyərlər mövcuddur
Aygün Əliyeva: Türkmanlar ləyaqətlə öz milli kimliklərini, dilini və mədəniyyətini qorumağı bacarıb
Sosial dəstək paketi şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 131 min şəxsi əhatə edib