×
A
A
A
Sazlamalar

AQTA: İdxal olunan baytarlıq preparatının normativ tələblərə cavab vermədiyi aşkarlanıb

Bakı, 10 fevral, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları nəzarət tədbirləri çərçivəsində "Farmvet" MMC-nin Niderlanddan idxal etdiyi 189 ədəd 1 litrlik "Trim/Sul 80/400 Oral Suspenziya" baytarlıq preparatından götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasının normativ tələblərə cavab vermədiyini müəyyən ediblər.
Bu barədə AZƏRTAC- a Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Faktla bağlı müvafiq qərar qəbul olunaraq uyğunsuzluq aşkarlanan məhsullar məhv edilib.

Cəmiyyət 2025-02-10 16:14:00