Ötən il Türkiyədən Azərbaycana dəyəri 3 milyard dollardan çox olan məhsul ixrac edilib
Bakı, 10 fevral, AZƏRTAC
Ötən il Azərbaycan Türkiyədən 3,1 milyard dollar dəyərində məhsul idxal edib.
AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, 2024-cü ildə Türkiyənin ən çox məhsul ixrac etdiyi ölkələr sırasında Azərbaycan beşinci yerdədir.
Qeyd olunan dövrdə Türkiyə qonşuları Azərbaycan, Bolqarıstan, Gürcüstan, İran, İraq, Suriya və Yunanıstana ümumilikdə 34,2 milyard dollarlıq məhsul ixrac edib. Sözügedən məbləğ 2023-cü ildə təxminən 31,9 milyard dollar təşkil edib ki, bu da illik müqayisədə 7,4 faiz artım deməkdir.
Türkiyənin ən çox məhsul ixrac etdiyi ölkə 13 milyard dollarla İraq olub. Siyahıda İraqdan sonra 5,2 milyard dollarla Bolqarıstan, 4,8 milyard dollarla Yunanıstan, 3,2 milyard dollarla İran, 3,1 milyard dollarla Azərbaycan qərarlaşıb.
İxracda ən böyük illik artım 21,9 faizlə Bolqarıstana, 15,5 faizlə Yunanıstana və 10,1 faizlə Azərbaycana qeydə alınıb.
Qeyd edək ki, Naxçıvanla bağlı rəsmi məlumat olmadığı üçün hesablamaya daxil edilməyib.
Vüsal Qasımlı Taylandda qlobal beyin mərkəzləri tədbirində çıxış edib
Qazaxıstanda Xəzər dənizinin dibindən optik lifli rabitə xəttinin inşası müzakirə edilib
Martın 19-20-də paytaxtdan bölgələrə 27800-dən çox sərnişin daşınıb
ADY rayonlararası istiqamətlərdə 3800-ə yaxın sərnişinin rahat və təhlükəsiz səfərini təşkil edib
SOCAR-ın prezidenti “ExxonMobil” Korporasiyasının vitse-prezidenti ilə görüşüb