Bakıda polis maskalanıb oğurluq edən şübhəliləri ifşa edib VİDEO
Bakı, 10 fevral, AZƏRTAC
Suraxanı rayonu Qaraçuxur qəsəbəsində naməlum şəxslər gecə saatlarında qəsəbə sakinlərinin birinin mənzilinə daxil olaraq 150 manat nağd pul, 7550 manat dəyərində qızıl-zinət əşyaları, 10 ədəd qol saatı və fotoaparat oğurlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Suraxanı RPİ-nin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinənlər - axtarışda olan 35 yaşlı Vüqar Tapdıqzadə və 33 yaşlı Orxan Nəcəfov müəyyən olunaraq saxlanılıblar.
Həmin şəxslər oğurluq zamanı mənzildə olan təhlükəsizlik kameralarına düşməmək üçün onun üzərini polietilen paketlə bağlayıblar və xüsusi hazırladıqları maskalardan istifadə ediblər.
Faktla bağlı araşdırma aparılır.
Parisdə “Natəvan” məktəbinin şagirdləri Novruz bayramını qeyd ediblər
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub
Yağıntılı və küləkli hava şəraiti martın 25-dək davam edəcək
Faktiki hava: Əksər bölgələrdə fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edir
XXI Moskva konfransında Şəmkirin numizmatik tapıntıları barədə məruzə edilib