×
A
A
A
Sazlamalar

Naxçıvan boksçuları ölkə birincisi olublar

Naxçıvan, 10 fevral, AZƏRTAC

Bakı şəhərində yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi keçirilib. Altı gün davam edən yarışda müxtəlif şəhər və rayonların klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 62 komandanın 319 (280 oğlan, 39 qız) idmançısı qüvvəsini sınayıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, birincilikdə muxtar respublika 10 idmançı, 2 məşqçi və 1 hakimlə təmsil olunub. Naxçıvan yığması 2 qızıl medal sayı ilə turniri komanda hesabında üçüncü yerdə tamamlayıb.
Təmsilçilərdən Haxverdi Həsənov (63 kq) və Turqay Abbasov (75 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar.
Qeyd edək ki, yarışın mükafatçıları yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Regionlar 2025-02-10 12:36:00