Astarada saxlanılan narkokuryerdən 8 kiloqram heroin aşkarlanıb
Astara, 10 fevral, AZƏRTAC
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb. Tədbirlərlə əvvəllər məhkum olunmuş 44 yaşlı M.Ağayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ondan 8 kiloqram heroin aşkarlanıb.
Araşdırmalarla M.Ağayevin narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi və deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Qazaxda 31 yaşlı kişi itkin düşüb
Şamaxıya qar yağıb, temperatur 15-20 dərəcə aşağı düşüb VİDEO
Masallıda silsilə oğurluqlar edən şəxs saxlanılıb VİDEO
Paytaxt sakini Zaqatalada dəm qazından boğularaq ölüb
“Sağlamlığa doğru qaç!” adlı layihəyə Hacıqabulda start verilib VİDEO