Kreml Putin və Tramp arasında danışığın baş tutmasını nə təsdiq, nə də təkzib etdi
Moskva, 9 fevral, AZƏRTAC
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Vladimir Putin və Donald Tramp arasında mümkün danışığın baş tutması ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib edir.
AZƏRTAC xəbər verir ki, Peskovun “İzvestiya” qəzetindəki şərhinə görə, Vaşinqtonda yeni administrasiyanın fəaliyyəti fonunda müxtəlif kanallar vasitəsilə aparılan çoxsaylı əlaqələr qurulur. “Bu çoxsaylı əlaqələr fonunda şəxsən mən nəyisə bilməyə, məlumatlı olmaya bilərəm. Buna görə də mövcud vəziyyətdə mən nə təsdiq, nə də təkzib edə bilərəm”, - deyə o söyləyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “New York Post” nəşrinə müsahibəsində Vladimir Putinlə aralarında telefon danışığının baş tutduğunu bildirib. Onun sözlərinə görə, Ukraynadakı vəziyyəti və münaqişənin həlli yollarını müzakirə ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb
Norveçdə İkinci Dünya müharibəsi dövrünə aid hava bombası zərərsizləşdirilir
İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı istintaqların nəticələri açıqlanıb
“Korean Air” şirkəti 32,7 milyard dollarlıq “Boeing” təyyarəsi alacaq
Berlində çoxmərtəbəli binada yanğın baş verib, xəsarət alanlar var