×
A
A
A
Sazlamalar

Yol-nəqliyyat hadisəsi Bakı-Sumqayıt şosesində sıxlığa səbəb olub

Bakı, 9 fevral, AZƏRTAC

Bakı-Sumqayıt şosesində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.
Sıxlığın aradan qaldırılması məqsədilə tədbirlər görülür.

Cəmiyyət 2025-02-09 15:40:00