×
A
A
A
Sazlamalar

Milyarder Klaus-Mixael Kühne Hamburqda opera binasının inşası üçün 330 milyon avro ayırıb

Berlin, 9 fevral, AZƏRTAC

Almaniyanın ən zəngin adamı Klaus-Mixael Kühne Hamburqda yeni opera binasının inşası üçün 330 milyon avro ayırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Kühne Fondu ilə Hamburq şəhər rəhbərliyi arasında razılıq əldə olunub. Razılaşmaya görə, şəhər rəhbərliyi opera binası üçün ərazinin ayrılmasını və müvafiq infrastrukturun yaradılmasını öz üzərinə götürüb. Kühne Fondu isə binanın tikintisinin maliyyələşdirilməsini həyata keçirəcək.
Qeyd edək ki, 87 yaşlı milyarder doğma şəhəri Hamburqda opera binasının inşası ilə bağlı niyyətini ilk dəfə 2022-ci ildə açıqlayıb. Şəhər bələdiyyəsi ilk vaxtlar bu açıqlamanı ciddiyə almasa da, sonradan aparılan müzakirələrdən sonra razılaşma əldə olunub.
Bəzi dərnəklər 1955-ci ildə tikilmiş Dövlət Operası binasının təmirə ehtiyacı olduğu halda yeni binanın inşası planı tənqid edib.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2025-02-09 15:21:00