FHN: Xırdalanda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb
Bakı, 9 fevral, AZƏRTAC
Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində onüçmərtəbəli yaşayış binasının onuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 35 kvadratmetr olan birotaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları qismən yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 10 nəfər bina sakini təxliyə edilib.
Yaşayış binasında yerləşən digər mənzillər yanğından mühafizə olunub.
Sabunçuda narkotiklərlə bağlı əməliyyat: 528 qram heroin və digər maddələr ələ keçirilib
Parisdə “Natəvan” məktəbinin şagirdləri Novruz bayramını qeyd ediblər VİDEO
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub
Yağıntılı və küləkli hava şəraiti martın 25-dək davam edəcək
Faktiki hava: Əksər bölgələrdə fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edir