Karib regionunda sunami xəbərdarlığı ləğv edilib
Bakı, 9 fevral, AZƏRTAC
Hondurasın şimalında, Karib dənizində baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
AZƏRTAC xəbər verir ki, ABŞ Geoloji Tədqiqat İnstitutu zəlzələnin maqnitudasını 7,6, Almaniya Geoloji Tədqiqatlar Mərkəzi isə 7,5 kimi qiymətləndirib. Hər 2 qurumun məlumatına görə yeraltı təkanların episentri 10 km dərinlikdə yerləşib. Bu, regionda 2021-ci ildən sonra ən şiddətli zəlzələdir.
Kuba, Honduras, Kayman adaları və ətraf ərazilərdə sunami xəbərdarlığı edilsə də, bir müddət sonra ləğv edilib.
ABŞ Venesueladan neft və ya qaz alan ölkələrə 25 faiz rüsum tətbiq edəcək
Türkiyədə 43 mədənçinin ölümü ilə bağlı hökm elan olunub
Qazaxıstan FHN əməkdaşları Astanada baş vermiş yanğından 60-a yaxın insanı təxliyə ediblər