Qərbi Afrika Ölkələri İqtisadi Birliyi 135 əməkdaşını işdən azad edib
Bakı, 9 fevral, AZƏRTAC
Qərbi Afrika Ölkələri İqtisadi Birliyi eyni gündə 135 əməkdaşını işdən azad edib.
AZƏRTAC xəbər verir ki, bu barədə heç kimə qabaqcadan xəbərdarlıq edilməyib. İşdən azad olunma barədə qərar əməkdaşların elektron poçtuna göndərilib. İxtisara düşənlərin hamısı Burkina-Faso, Mali və Nigerin təmsilçiləridir. Onların arasında iqtisadçılar və diplomatlar üstünlük təşkil edirlər.
Qeyd edək ki, yanvarın 9-da Burkina-Faso, Mali və Niger Qərbi Afrika Ölkələri İqtisadi Birliyini tərk edib. Hər 3 ölkə bu qərarını təşkilatın “Afrika xalqlarının tələblərinə cavab verməməsi” ilə əsaslandırıb.
Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb
Norveçdə İkinci Dünya müharibəsi dövrünə aid hava bombası zərərsizləşdirilir
İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı istintaqların nəticələri açıqlanıb
“Korean Air” şirkəti 32,7 milyard dollarlıq “Boeing” təyyarəsi alacaq
Berlində çoxmərtəbəli binada yanğın baş verib, xəsarət alanlar var