Bundesliqa: “Borussiya Dortmund” evdə məğlub olub, “Bayer Leverkuzen” isə səfərdə xal itirib
Berlin, 9 fevral, AZƏRTAC
Bundesliqanın 21-ci turunun ikinci oyun günündə altı görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, yeni baş məşqçi, xorvatiyalı mütəxəssis Niko Kovaçın rəhbərliyi ilə ikinci oyuna çıxan “Borussiya Dortmund” doğma divarlar arasında “Ştutqart” ilə qarşılaşıb. Görüşdə meydan sahibləri 1:2 hesabı ilə uduzublar.
Çempionatda ikinci pillədə qərarlaşan “Bayer Leverkuzen” isə səfərdə “Vofsburq” ilə üz-üzə gəlib. Matç qolsuz heç-heçə ilə başa çatıb və Leverkuzen təmsilçisi ilə lider “Bavariya” arasında xal fərqi yenidən artıb. Digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
“Hoffenhaym” – “Union Berlin” – 0:4
“Frayburq” – “Haydenhaym” – 1:0
“Maynts” – “Auqsburq” – 0:0
“Borussiya Münxenqladbax” – “Ayntraxt Frankfurt” - 1:1.
Xatırladaq ki, turun açılış matçında “Bavariya” Münxendə “Verder Bremen”in qapısından üç cavabsız top keçirib.
Bundesliqanın 21-ci turuna fevralın 9-da keçiriləcək “Holştayn Kiel” – “Boxum” və “Leyptsiq” – “St Pauli görüşləri ilə yekun vurulacaq.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələdə II tura start verilir
Gürcüstan millisi Ermənistan komandasını darmadağın edib
Millətlər Liqası: Türkiyə yığması Macarıstana üç cavabsız qolla qalib gəlib
Azərbaycanın veteran futbolçusu vəfat edib
Azərbaycan Berlində keçirilən boks yarışında uğurla təmsil olunub