Rusiya ABŞ-a ən çox gübrə ixrac edən ikinci ölkə olub
Bakı, 8 fevral, AZƏRTAC
2024-cü ildə Rusiya tədarükün azalmasına baxmayaraq, ABŞ-a gübrə ixrac edən ikinci ən böyük ixracatçı olub.
AZƏRTAC Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Amerika statistikası məlumat yayıb.
ABŞ-dan gübrə idxalında Rusiyanın payı 14,8 faizdən 12,3 faizə, alış həcmləri isə 1,35 milyard dollardan 1,1 milyard dollara düşüb. Buna baxmayaraq, ikinci böyük ixracatçı olub. Kanadadan tədarüklər isə 3,7 milyard dollar (42,8 faiz) azalsa da, bu ölkə birinci yeri tutub.
Səudiyyə Ərəbistanından gübrə tədarükü 760,8 milyon dollar təşkil edib. Ümumilikdə, keçən il ABŞ xarici gübrə alışını 5 faiz azaldaraq 8,7 milyard dollara endirib.
Almaniyada Əyalət Nümayəndələri Şurası 500 milyard avroluq maliyyə paketini təsdiqləyib
Astronomlar ən uzaq qalaktikada oksigen aşkarlayıblar
Dünyanın ən qədim insan üzünün fraqmenti tapılıb
Britaniya hərbi bazasına hücum planlaşdıran şəxs 37 il müddətinə həbs edilib