Hava şəraiti ilə əlaqədar sərnişin və yük qatarlarının sürət həddi endirilib
Bakı, 8 fevral, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC paytaxt Bakı və regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı, Bakı-Qəbələ-Bakı və Bakı-Balakən-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddini endirib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar qatarların qrafikində qismən kənara çıxma halları müşahidə oluna bilər.
Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edilir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmaları xahiş edilir.
Qeyd edək ki, yük qatarlarının da sürət həddi qeyri-sabit hava şəraitinə uyğun olaraq tənzimlənir.
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
ADY-də çirkli suların təkrar istifadəyə verilməsi necə həyata keçirilir?
Baş Dövlət Yol Polisi İdarəsi: İki gün ərzində 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb
Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq-PROQNOZ
Londonda yaşayan azərbaycanlı cərrah: Yaxşı həkim olmaq üçün bilik kifayət deyil - MÜSAHİBƏ