“Bloomberg”: Aİ Suriyanın enerji sektoruna qarşı sanksiyaları dayandıra bilər
Bakı, 8 fevral, AZƏRTAC
Aİ Suriyaya qarşı enerji və bank sektoru ilə bağlı sanksiyaların dayandırılmasını, o cümlədən ölkədən neft idxalına, neft və qaz texnologiyalarının ixracına qoyulan qadağaların aradan qaldırılmasını müzakirə edir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
“Müqavilə potensial olaraq neftin kəşfiyyatı və emalı, həmçinin yeni elektrik stansiyalarının tikintisi üçün maliyyələşdirməyə qoyulan məhdudiyyətlərə son qoyacaq”, - agentliyin bəyanatında deyilir.
Bundan əlavə, tədbirlər bir neçə bankın sanksiya siyahısından çıxarılmasını və Suriya Mərkəzi Bankına qoyulan məhdudiyyətlərin qismən aradan qaldırılmasını əhatə edə bilər. Aİ, həmçinin reaktiv yanacaq ixracına qoyulan qadağaları aradan qaldırmağı, hava yolları və hava limanlarına qarşı sanksiyaları yumşaltmağı nəzərdən keçirir.
Bundan əvvəl Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri Suriyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğvi üçün yol xəritəsi üzərində razılığa gəliblər.
Antarktikada dəniz buzunun sahəsi müşahidələr tarixində ən aşağı səviyyəyə çatıb
Hitrou hava limanından bütün uçuşlar ləğv olunub
Müqəddəs Taxt-Tac: Dünyada katoliklərin sayı artır
Çexiya Prezidenti Odessaya səfər edib
BƏƏ 3200-dən çox məhbusun mübadiləsində Rusiya və Ukraynaya kömək edib