Zaqatalada avtomobil aşıb, iki nəfər yaralanıb
Zaqatala, 8 fevral, AZƏRTAC
Zaqatala şəhərinin mərkəzində, Bayraq meydanında minik avtomobili aşıb.
AZƏRTAC-ın bölgə müxbiri Zaqatala Rayon Mərkəzi Xəstəxanasına istinadla bildirir ki, qəza nəticəsində Balakən rayon Mahamalar kənd sakini, 33 yaşlı Orxan Paraşov və Zaqatala rayon sakini, 36 yaşlı Sabir Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxananın cərrahiyyə korpusuna yerləşdiriliblər.
Hadisə ilə bağlı rayon polis şöbəsində araşdırma başlanılıb.
Naxçıvanda Bahar festivalı keçirilir - reportaj
Əvvəllər məhkum olunmuş şəxsdən 4 kiloqram marixuana götürülüb
Xocalıda Novruz konserti keçirilib VİDEO
Naxçıvanda hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq edilib