Tramp USAID-in fəaliyyətini saxtakarlıq və korrupsiya kimi qiymətləndirib
Bakı, 7 fevral, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp ABŞ Federal Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini saxtakarlıq və korrupsiya kimi qiymətləndirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Amerika lideri Ağ evdə Yaponiyanın Baş naziri Siqeru İsiba ilə görüşündə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“USAID-ə baxanda bunların hamısı fırıldaqdır. Həmin təşkilatın pulunun çox az hissəsi yaxşı məqsədlər üçün xərclənib. Onun büdcəsinin hər bəndi ya korrupsiya, ya da gülünc bir şeydir", - deyə Tramp vurğulayıb.
Qeyd edək ki, ABŞ administrasiyası fevralın 3-də USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb.
Kanadanın yeni Baş naziri növbədənkənar parlament seçkiləri keçirmək barədə qərar qəbul edib
Ersin Tatar: Azərbaycanın və Türkiyənin dəstəyi Şimali Kiprin sabitliyi və inkişafı üçün vacibdir
Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb
Norveçdə İkinci Dünya müharibəsi dövrünə aid hava bombası zərərsizləşdirilir
İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı istintaqların nəticələri açıqlanıb