Şəkidə fərdi yaşayış evində yanğın baş verib
Şəki, 7 fevral, AZƏRTAC
Şəki şəhərinin Mirzə Fətəli Axundzadə prospekti, ev 45 ünvanında yanğın qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri Fövqəladə Hallar Nazirliyi Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə istinadla bildirir ki, yanğın şəhər sakini Xatirə Məmmədzadəyə məxsus ikimərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində və çardaq hissəsində baş verib.
Hadisə yerinə cəlb olunan yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
İlkin ehtimala görə, yanğın odun sobasından baş verib.
Hazırda yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.
Naxçıvanda Bahar festivalı keçirilir - reportaj
Əvvəllər məhkum olunmuş şəxsdən 4 kiloqram marixuana götürülüb
Xocalıda Novruz konserti keçirilib VİDEO
Naxçıvanda hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq edilib