BSU-da müasir avadanlıqlarla təchiz olunmuş mərkəz və laboratoriyalar tələbələrin istifadəsinə verilib
Bakı, 7 fevral, AZƏRTAC
Bakı Slavyan Universiteti (BSU) daha bir yeniliyə imza atıb.
BSU-dan AZƏRTAC-a bildirilib ki, müasir avadanlıqlarla təchiz olunmuş beynəlxalq dil və sertifikasiya mərkəzi, dil və mədəniyyət mərkəzləri, eləcə də kompüter laboratoriyaları tələbələrin istifadəsinə verilib.