Bakıda qida məhsullarının qablaşdırılması müəssisəsinin fəaliyyəti dayandırılıb
Bakı, 7 fevral, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Nərimanov rayonunun Bakı-Batumi küçəsində yerləşən, fiziki şəxs Rüstəmova Sevinc Hüseyn qızına məxsus dənli bitkilərin və yarmaların qablaşdırılması müəssisəsində yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi və obyektdə emal zamanı normativ tələblərin pozulduğu aşkarlanıb.
Yoxlama zamanı “Ruzum” əmtəə nişanlı məhsulların etiket məlumatlarında bir sıra nöqsanlar müəyyən edilib. Məhsulun qida və enerji dəyəri, yararlılıq müddəti, istehsalçısı barədə yanlış məlumatlar qeyd edilib. Müəssisənin fəaliyyəti dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Bakıda narkoşəbəkə üzvü saxlanılıb
FHN bayram günləri ilə əlaqədar attraksionlara nəzarəti gücləndirib
Səmada, quruda, dənizdə Vətənə peşəkar xidmətin ünvanı - Heydər Əliyev adına Hərbi İnstitut