Sabah ölkə ərazisində yağmurlu hava şəraiti gözlənilir
Bakı, 7 fevral, AZƏRTAC
Azərbaycanda fevralın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Səhərdən yarımadanın bəzi yerlərində sulu qar yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2°-dək isti, gündüz 3°-dək isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək - 773 millimetr civə sütunu, nisbi rütubət 70-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 5-8° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 10-15°, gündüz 2-6° şaxta olacağı bildirilir.
Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Türkiyədə 18 Mart-Çanaqqala Dəniz Zəfərinin 110-cu ildönümü qeyd edilir
Ötən ay ailə başçısını itirməyə görə pensiya və müavinət alanların sayı açıqlanıb
Yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Bakıda narkoşəbəkə üzvü saxlanılıb VİDEO
FHN bayram günləri ilə əlaqədar attraksionlara nəzarəti gücləndirib