Sosial Xidmətlər Agentliyinin mərkəzlərində valideynlər üçün qrup terapiyası təşkil edilib
Bakı, 7 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq filialları daxilində fəaliyyət göstərən mərkəzlərdə valideynlər üçün silsilə şəkildə “Ümidli Valideyn” adlı qrup terapiyası təşkil olunub. Terapiya zamanı müxtəlif psixoloji oyunlar və art terapiyanın fərqli texnikalarından istifadə edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qrup terapiyasının keçirilməsində əsas məqsəd valideynlərin təcrübələrini paylaşmaq, çətinliklərlə mübarizədə yeni üsullar əldə etmək, özünüqiymətləndirmə və özgüvən duyğusunu yüksəltmək, kompleksləri aradan qaldırmaqdan ibarət olub.
Terapiya zamanı əsas diqqət psixi sağlamlığın əldə edilməsi ilə valideynlik bacarıqlarına müsbət təsir göstərilməsinə, özünüdərketmə və özünüifadə bacarıqlarının inkişafına nail olmağa yönəldilib.
Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərən 5 Sosial Xidmət Mərkəzində 264 şəxsə müvafiq xidmətlər göstərilir. Bu il daha 5 Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayacaq. Onlardan 2-si Bakıda, digərləri Hacıqabul, Göyçay və Ağdam rayonlarında açılacaq.
Türkiyədə 18 Mart-Çanaqqala Dəniz Zəfərinin 110-cu ildönümü qeyd edilir
Ötən ay ailə başçısını itirməyə görə pensiya və müavinət alanların sayı açıqlanıb
Yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Bakıda narkoşəbəkə üzvü saxlanılıb VİDEO
FHN bayram günləri ilə əlaqədar attraksionlara nəzarəti gücləndirib