×
A
A
A
Sazlamalar

DSMF: Yanvar ayında sığortaolunanların sayı 11 min 533 nəfər artıb

Bakı, 7 fevral, AZƏRTAC

Bu ilin yanvar ayında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 11 min 533 nəfər və ya 0,22 faiz artıb.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, 2025-ci ilin fevralın 1-nə uçota alınmış sığortaolunanların sayı 5 milyon 175 min 123 nəfər təşkil edib.

Cəmiyyət 2025-02-07 12:00:00