Rusiyadan göndərilən ağac kömürü yüklənmiş 1 vaqonda yanğın baş verib
Bakı, 7 fevral, AZƏRTAC
Ötən gün Hacıqabul stansiyasında Rusiyadan göndərilən ağac kömürü yüklənmiş 1 vaqonda tüstülənmə ilə müşahidə olunan yanğın baş verib.
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən AZƏRTAC-a bildirilib ki, yanğının qarşısının alınması üçün vaqon hərəkət tərkibindən ayrılıb, yanmış kömürlər vaqondan boşaldılıb, soyutma işləri aparılıb. Yanğın söndürülüb.
İlkin versiyaya görə, hadisə vaqondakı kömürlər bir-birinə sürtündükcə yaranan qızışmaya görə baş verib.
Vaqon Yalama stansiyasında yükdaşıma qaydalarına uyğun olaraq həm gömrük, həm də yükgöndərən tərəfindən plomblanmış şəkildə qəbul edilib. Qaydalara əsasən, vaqon bu şəkildə təyinat nöqtəsində çatdırılmalıdır.
Yüklərin vaqona yükgöndərən tərəfindən yükləndiyini, vaqonun plomblu olduğunu və bu formada təhvil verilməli olduğunu nəzərə alsaq, hadisədə məhz yükgöndərən məsuliyyət daşıyır.
Yanğın nəticəsində “Azərbaycan Dəmir Yollarına” zərər dəyməyib. Yanğınsöndürmə işlərinə cəlb olunan ADY-nin bir əməkdaşı halı pisləşdiyi üçün həkimə aparılıb, lakin səhhətində heç bir problem olmadığı üçün evə buraxılıb.
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
ADY-də çirkli suların təkrar istifadəyə verilməsi necə həyata keçirilir?
Baş Dövlət Yol Polisi İdarəsi: İki gün ərzində 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb
Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq-PROQNOZ
Londonda yaşayan azərbaycanlı cərrah: Yaxşı həkim olmaq üçün bilik kifayət deyil - MÜSAHİBƏ