ADA Universitetinin tələbələri üçün “Media sahəsi üzrə qanunvericiliyin ümumi aspektləri” mövzusunda mühazirə deyilib
Bakı, 6 fevral, AZƏRTAC
Fevralın 6-da Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov tərəfindən Kommunikasiya və Rəqəmsal Media ixtisasının tələbələri üçün “Media sahəsi üzrə qanunvericiliyin ümumi aspektləri” mövzusunda mühazirə deyilib.
MEDİA-dan AZƏRTAC-a verilən məlumata görə, agentliyin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli müvafiq Fərmanına əsasən, media sahəsində islahatların əhatə dairəsi genişləndirilib, sahə üzrə keyfiyyət dəyişikliklərinin aparılması daha geniş vüsət alıb, həmin islahatlar çərçivəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin artırılması, peşəkarlığın yüksəldilməsi istiqamətində ardıcıl işlər görülür. Media sahəsində islahatların hüquqi əsasları, medianın fəaliyyəti, media etikası, peşəkarlıq standartları ilə bağlı tələbələr məlumatlandırılıb, xüsusilə medianın cəmiyyətdəki rolu, media subyektləri arasındakı münasibətlərin hüquqi baxımdan nizamlanması ilə bağlı əsas məqamlar diqqətə çatdırılıb.
İnteraktiv formada keçirilən görüşdə tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb, cəmiyyət və media arasında əlaqələr barədə tələbələrlə fikir mübadiləsi aparılıb.
Könüllülərin iştirakı ilə Novruz bayramına həsr olunmuş “Xonça Fest” keçirilib
Bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
“Uşaqların dünyaya alternativ baxışı” devizi altında “Alter Eco” sərgisinin açılışı olub
Novruz bayramı günündə Abşeron rayonunda şəhidlərimizin məzarları və ailələri ziyarət edilib