Fransada 48 saat ərzində iki polis intihar edib
Paris, 26 yanvar, AZƏRTAC
Fransa Daxili Təhlükəsizlik Baş İdarəsinin (DGSI) iki polisi 48 saat intervalla intihar ediblər.
AZƏRTAC Fransa mətbuatına istinadla xəbər verir ki, Daxili Təhlükəsizlik Baş İdarəsinin (DGSI) polisi Levallua-Perretdə (Hauts-de-Seine) iş yerində intihar edib. Rəsmi mənbələrə görə, onun cəsədi müəssisənin parkinqində aşkar edilib. Həmin şəxsin xidməti silahından istifadə etdiyi ehtimal olunur.
Mətbuatın verdiyi məlumata görə, prokurorluq bu faciə ilə bağlı dəqiq məlumatları müəyyən etmək üçün ölümün səbəblərinə dair araşdırmanı Daxili Təhlükəsizlik Baş Müfəttişliyinə həvalə edib.
Qeyd edək ki, iki gün əvvəl də DGSI-nin başqa bir əməkdaşının cəsədi Bulony-Bilankurdakı mənzilində aşkar edilib. Həmin əməkdaşın da odlu silahdan istifadə etdiyi bildirilir. İntihar kimi görünən bu ölüm halları oxşar olduğu üçün hər iki araşdırma Daxili Təhlükəsizlik Baş Müfəttişliyinə həvalə edilib.
Fransada hər il polis orqanlarında intihar halları narahatedici problem olaraq qalır və bu, hakimiyyəti psixoloji dəstək sistemlərini gücləndirməyə məcbur edir.
Şimali Makedoniyada hökumətin keçmiş xidmət rəisi korrupsiyada ittiham olunur
Angela Merkel siyasi partiyalara mübahisə əvəzinə müzakirə aparmaq barədə çağırış edib
Türkiyə və Rusiyanın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər
Moskva əyalətində yüngülmotorlu təyyarə qəzaya uğrayıb
Britaniya Xarici İşlər Nazirliyi rus diplomatın akkreditasiyasını ləğv edib